Pekinin hava limanında təyyarə uçuş-eniş zolağından kənara çıxıb

Pekinin hava limanında təyyarə uçuş-eniş zolağından kənara çıxıb Hadisəyə avialaynerin daxili idarəetmə sistemində yaranan nasazlıq səbəb olub
Digər ölkələr
9 Dekabr , 2017 21:37
Pekinin hava limanında təyyarə uçuş-eniş zolağından kənara çıxıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Çinin "China Southern Airlines" aviaşirkətinə məxsus təyyarə Pekindən Quançjouya uçan zaman uçuş-eniş zolağından kənara çıxıb.

“Report” xəbər verir ki, bu barədə Pekinin Şoudu hava limanının rəhbərliyi məlumat yayıb.

"Sina" portalının yazdığına görə, hadisəyə avialaynerin daxili idarəetmə sistemində yaranan nasazlıq səbəb olub.

Bildirilir ki, insidentin baş verdiyi uçuş-eniş zolağı hazırda ştat rejimində işlyir.

Son xəbərlər

Orphus sistemi