Yuxarı

Pekində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb - VİDEO

Pekində helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər xəsarət alıb - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ Pekinin şimalında helikopteri qəzaya uğrayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

İnsident bu gün yerli vaxtla səhər saat 11:00-da (Bakı vaxtı ilə 07:00) paytaxtın şimalındakı Tszisyans körpüsünün yaxınlığında baş verib. Yayılan videoda helikopterin qəzadan əvvəl bir neçə dəfə öz ətrafında dairəvi hərəkət etdiyi görünür. Şahidlərin sözlərinə görə, qəzadan sonra helikopter iki hissəyə parçalanıb.

Polisin yaydığı məlumata görə, texniki nasazlıq səbəbi ilə mülki helikopter qəza enişi edib, nəticədə vertolyotun göyərtəsində olan dörd nəfər yüngül xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi