Pekin meri istefa verib

Pekin meri istefa verib Van Anşun tutduğu vəzifəni başqa işlə əlaqədar tərk edib
Digər ölkələr
1 Noyabr , 2016 01:51
Pekin meri istefa verib

Bakı. 1 noyabr. REPORT.AZ/ Ümumçin Xalq Məclisinin Daimi Komitəsi Pekin şəhərinin meri Van Anşunun istefasını təsdiqləyib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, ölkənin qanunverici orqanı merin digər işə keçmək ilə əlaqədar tutduğu vəzifədən getməsi haqqında ərizəsini qəbul edib.

Məlumata görə, vitse-mer və Pekin meri vəzifələrinin müvəqqəti icraçısı Say Si təyin olunub. Onun Çin sədri Si Szinpinə yaxın olduğu bildirilir.

Van Anşun Pekin meri vəzifəsinə 2013-cü ilin yanvarında təyin olunmuşdu.

Son xəbərlər

Orphus sistemi