Pekin Honkonqun ekstradisiya ilə bağlı təklifini rədd edib

Pekin Honkonqun ekstradisiya ilə bağlı təklifini rədd edib Rəsmi Pekin Honkonq Administrasiyasının rəhbəri Kerri Lemin ekstradisiya ilə bağlı qanun layihəsindən tam imtina etmək təklifini rədd edib və ona etirazçıların heç bir digər tələbinə boyun əyməmək göstərişini verib.
Digər ölkələr
30 Avqust , 2019 12:52
Pekin Honkonqun ekstradisiya ilə bağlı təklifini rədd edib
Reuters

Rəsmi Pekin Honkonq Administrasiyasının rəhbəri Kerri Lemin ekstradisiya ilə bağlı qanun layihəsindən tam imtina etmək təklifini rədd edib və ona etirazçıların heç bir digər tələbinə boyun əyməmək göstərişini verib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, K.Lem daha əvvəl Çin hökumətinə etirazçıların 5 əsas tələbi ilə bağlı hesabat təqdim edib. O, qanun layihəsinin ləğvinin xüsusi inzibati bölgədəki böhranı həll etməyə yardım göstərə biləcəyini düşünüb. 

Rəsmi Pekin isə bu təklifi rədd edib.

Son xəbərlər

Orphus sistemi