Parisdən Londona uçan təyyarədə geniş yoxlama aparılır

Parisdən Londona uçan təyyarədə geniş yoxlama aparılır Əlavə tədbirlərə nəyin səbəb olduğu barədə məlumat verilmir
Digər ölkələr
17 Sentyabr , 2017 14:57
Parisdən Londona uçan təyyarədə geniş yoxlama aparılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bazar günü Parisin Ruassi - Şarl de Qoll adına hava limanından Londonun Hitrou aeroportuna uçmalı olan "British Airways" aviaşirkətinə məxsus təyyarədə təhlükəsizlik məqsədi ilə geniş yoxlama aparılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Paris hava limanının bəyanatında bildirilir.

"BA303 reysi: əlavə təhlükəsizlik yoxlaması aparılır", — deyə bəyanatda qeyd olunub.

Əlavə tədbirlərə nəyin səbəb olduğu barədə məlumat verilmir.

Şahidlərin məlumatına görə, təyyarəyə minən sərnişinlər şəxsi yoxlamadan keçirlər, onların əl baqajları isə kinoloqlar tərəfindən itlərlə yoxlanılır.

Son xəbərlər

Orphus sistemi