Fransanın paytaxtı Paris şəhərinin mərkəzi meydanlarından biri Şahzadə Diananın adını daşıyacaq.
"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Paris meriyası məlumat yayıb.
Belə ki, 1997-ci il avqustun 31-də şahzadənin ölümü ilə nəticələnən yol qəzasının baş verdiyi Alma körpüsünün altındakı tunelin üstündəki meydan Diananın adını daşıyacaq.
Qərar bu il iyunun 11-14-də Paris Şəhər Şurasında səsə qoyulacaq.
Qeyd edək ki, həmin meydanda ölümündən sonra Şahzadə Diananın xatirəsinə abidə ucaldılıb.