Parisdəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub

Parisdəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub Belçikanın baş prokuroru bildirib ki, şübhəlinin kimliyi, vətəndaşlığı hələ müəyyənləşməyib
Digər ölkələr
21 Aprel , 2017 13:27
Parisdəki atışmada iştirak etməkdə şübhəli bilinən şəxs polisə könüllü təslim olub

Bakı. 21 aprel. REPORT.AZ/ Fransa paytaxtı Parisin mərkəzində baş verən atışmada iştirak etməkdə şübhəli bilinən ikinci şəxs Belçikanın Antverpen şəhər Polis İdarəsinə gedərək könüllü təslim olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi onun Belçika hökumətinin sorğusu ilə axtarıldığını bildirib.

Şübhəlinin Parisin Yelisey çölü küçəsində polisə hücumada iştirakını etiraf edib-etməməsi haqda məlumat verilməyib.

Belçikanın baş prokuroru bildirib ki, şübhəlinin kimliyi, vətəndaşlığı hələ müəyyənləşdirilməyib: “Polisə hücum edən kişinin, Əbu Yusifin həqiqətən də Belçika vətəndaşı olmasını ehtimal etməyə əsas yoxdur”.

Qeyd edək ki, aprelin 20-dəı Parisdə Yelisey çölündə bir nəfər silahlının polis patruluna hücumu nəticəsində iki polis ölüb, ikisi yaralanıb. Atışma zamanı terrorçu zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi