Parisdə Şimal dəmir yolu vağzalı təxliyə edilib

Parisdə Şimal dəmir yolu vağzalı təxliyə edilib Vağzal ərazisinə silahlı polis dəstələri cəlb olunub
Digər ölkələr
9 May , 2017 02:54
Parisdə Şimal dəmir yolu vağzalı təxliyə edilib

Bakı. 9 may. REPORT.AZ/ Parisin mərkəzində yerləşən Şimal dəmir yolu vağzalı təhlükəsizlik məqsədi ilə təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Vağzal ərazisinə silahlı polis dəstələri cəlb olunub.

Sərnişinlərin məlumatına görə, onlar vağzala çatmamış qatarlardan endiriliblər. Təcili təxliyəyə nəyin səbəb olduğu hələ açıqlanmır.

Vağzal ərazisi mühasirəyə alınıb, metroya giriş-çıxış bağlanıb.

Son xəbərlər

Orphus sistemi