Yuxarı

Parisdə “sarı jiletlilər”in aksiyası zamanı 152 nəfər saxlanılıb

Parisdə “sarı jiletlilər”in aksiyası zamanı 152 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in 45-ci aksiyası zamanı saxlanılanların sayı 150 nəfəri ötüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polisin "Twitter"də yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, “sarı jiletlilər”in 45-ci aksiyası zamanı 152 nəfər saxlanılıb. Qeyd edək ki, ötən gün Madlen meydanı ərazisində növbəti dəfə “sarı jiletlilər”in etiraz aksiyası keçirilib. Aksiya hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Təqaüd sisteminə tətbiq edilən son islahatlara etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Etirazçılar kapitalizm əleyhinə şüarlar səsləndirib, küçələrdəki zibil qutuları və digər əşyaları sındırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi