Yuxarı

Parisdə partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

​Parisdə partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisin mərkəzində yerləşən binada qazın partlaması və baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadən "France Info" nəşri yazıb.

Bildirilir ki, hadisə nəticəsində ölən 4-cü şəxsin meyiti binanın dağıntıları altından çıxarılıb.

Hadisə yanvarın 12-də Treviz küçəsində yerləşən çörək sexində qaz sızması nəticəsində baş verib. Əvvəlcə iki nəfərin öldüyü bildirilsə də, sonradan hadisə zamanı xəsarət alan İspaniya vətəndaşı xəstəxanada keçinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi