Parisdə İsrail-Fələstin nizamlanması üzrə beynəlxalq konfrans başlayıb

Parisdə İsrail-Fələstin nizamlanması üzrə beynəlxalq konfrans başlayıb Konfransda 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir
Digər ölkələr
15 Yanvar , 2017 14:22
Parisdə İsrail-Fələstin nizamlanması üzrə beynəlxalq konfrans başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində İsrail-Fələstin münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfrans işə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, konfransda 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir. Tədbirdə çıxış edən Fransanın xarici işlər naziri Jan Mark Eyro konfransın əhəmiyyətindən danışıb.

Nazir konfrans iştirakçılarına müraciət edərək "Biz bu gün burada çoxuq. Çünki vəziyyətin ağırlığını dərk edirik", - deyə bildirib.

Nazir vurğulayıb ki, iki müstəqil dövlətin - Fələstin və İsrailin mövcudluq konsepsiyası real təhlükəaltındadır. O, ötən il dekabrın sonunda BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamənin İsraildən işğal edilmiş fələstin ərazilərində qəsəbələrin tikintisini dayandırmağı tələb etdiyini bildirib.

Eyronun sözlərinə görə, konfransın əsas məqsədi iki dövlətin konsepsiyasının böhrandan çıxış üçün yeganə çıxış yolu olduğunu qəti şəkildə bəyan etməkdən, beynəlxalq aləmin israillilər və fələstinlilər arasında təkbətək danışıqların təşkili üçün şəraitin yaradılmasına konkret töhfə verməkdən, həmçinin ən yaxın aylarda bu istiqamətdə fəaliyyət proqramını nəzərdə tutmağı təsdiq etməkdən ibarətdir.

Qeyd edək ki, Fransa beynəlxalq konfransa İsrailin baş naziri Binyamin Netanyahunu və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbası da dəvət edib. Lakin İsrailin baş naziri konfransda iştirakdan imtina edib.

Son xəbərlər

Orphus sistemi