​Parisdə "İqlim dəyişikliyi" konfransı başlayıb

​Parisdə "İqlim dəyişikliyi" konfransı başlayıb Forumda 150-yə yaxın dövlət və hökumət başçısı iştirak edir
Digər ölkələr
30 Noyabr , 2015 16:10
​Parisdə İqlim dəyişikliyi konfransı başlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP-21) başlayıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Məlumata görə, forumun işində 150-yə yaxın dövlət və hökumət başçısı, o cümlədən ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin prezidenti Si Tszinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edirlər.

Forum dünya liderlərinin xatirə fotosu çəkdirməsilə başlayıb.

Son xəbərlər

Orphus sistemi