Fransa polisi ölkənin pensiya sistemi islahatına qarşı paytaxt Parisdə təşkil edilmiş nümayişin 30 iştirakçısını saxlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə polisin məlumatına əsasən BFM telekanalı bildirib.
Daha əvvəl aksiyada 22 nəfərin saxlanıldığı bildirilirdi. Ölkənin
Məlumata görə, aksiyada asayiş keşikçiləri ilə aksiya iştirakçıları arasında toqquşmalar olub.
Qeyd edilir ki, ölkədə növbəti etiraz aksiyalarının sabah – dekabrın 12-də və 17-də keçiriləcəyi gözlənilir.