Parisdə etiraz aksiyası başladı - VİDEO

Parisdə etiraz aksiyası başladı - VİDEO Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.
Digər ölkələr
17 Fevral , 2020 20:00
Parisdə etiraz aksiyası başladı - VİDEO

Parisdə hökumətin təqdim etdiyi təqaüd islahatı layihəsinə qarşı daha bir kütləvi etiraz aksiyası başlayıb.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, Opera Qarnyedən qanun layihəsinin müzakirə olunacağı Milli Assambleyaya doğru yürüş edən nümayişçilər “Makron, rədd ol!”, “İctimai tənəzzülü müzakirə etməzlər, ortadan qaldırarlar!” yazılan şüarlar daşıyırlar.

Xatırladaq ki, bəzi işçi təbəqələri üçün imtiyazlardan imtina edərək universal təqaüd sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi artıq parlamentin aşağı palatasının xüsusi komissiyasına təqdim olunub. Layihəyə indiyədək 22 minədək düzəliş edilib.

Son xəbərlər

Orphus sistemi