​Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub

​Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb
Digər ölkələr
2 Sentyabr , 2015 19:19
​Parisdə baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. 2 sentyabr. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərinin şimalında baş verən yanğını törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, şübhəli 30 yaşlı kişidir və o, Parisin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Briqadasının əməkdaşları tərəfindən tutulub. Onun yanğın baş verən zaman hadisə yerində olduğu ehtimal edilir.

Şübhəli şahid ifadələri və videoyazıdakı kadrlara əsasən saxlanılıb və hazırda dindirilir.

Qeyd edək ki, sentyabrın 2-də səhər saatlarında Parisin şimalında XVIII dairədə baş verən yanğın nəticəsində 8 nəfər ölüb.

Hadisənin baş vermə səbəbləri məlum deyil. Yanğın olan əraziyə Fransanın daxili işlər naziri Bernar Kaznev və prefektin polis rəisi Mişel Kado gedib. 

Son xəbərlər

Orphus sistemi