Paris yaxınlığında yerləşən miqrantlar üçün mərkəzdə yanğın baş verib

Paris yaxınlığında yerləşən miqrantlar üçün mərkəzdə yanğın baş verib 328 yataq yeri olan binadan təqribən 30 nəfər təxliyə edilib
Digər ölkələr
16 Dekabr , 2016 14:34
Paris yaxınlığında yerləşən miqrantlar üçün mərkəzdə yanğın baş verib

Bakı. 16 dekabr. REPORT.AZ/ Cümə gününə keçən gecə Paris yaxınlığındakı Bulon-Biyankur kommunasında yerləşən miqrant işçilər üçün mərkəzdə yanğın baş verib.

"Report" "Europe 1"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ağır yaralanıb, 11 nəfər yanğında xəsarət alıb. 328 yataq yeri olan binadan təqribən 30 nəfər təxliyə edilib.

Hazırda müstəntiqlər cinayət izi axtarışındadır. Hadisə yerinin ilkin müayinə nəticələrinə görə, altımərtəbəli binanın girişindəki dəhlizdə alışqan maddələrin izləri tapılıb. 

Son xəbərlər

Orphus sistemi