Paris yaxınlığında polis üç nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb

Paris yaxınlığında polis üç nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb O, ardınca intihar edib
Digər ölkələr
19 Noyabr , 2017 11:44
Paris yaxınlığında polis üç nəfəri öldürüb, bir neçə nəfəri yaralayıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransanın İl-de-Frans bölgəsində yerləşən Sarsel bələdiyyəsində polis əməkdaşı üç nəfəri güllələyərək qətlə yetirib, bir neçə nəfəri yaralayıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Le Parisien" nəşri yazıb.

Hadisə şənbə gününə keçən gecə ratuşa binası yaxınlığında qeydə alınıb. Nəşrin məlumatına görə, ardınca polis intihar edib.

İlkin fərziyyəyə görə, söhbət məişət zəminində baş verən hadisədən gedir. Yaralananlardan biri polisin keçmiş sevgilisi və onun anası olub, həmçinin ölənlərdən biri qadının atasıdır.

Son xəbərlər

Orphus sistemi