Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb

Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb Cani park edilmiş avtomobildə olan kişiyə bir neçə dəfə atəş açıb
Digər ölkələr
7 May , 2017 03:22
Paris ətrafında atışma olub, 1 nəfər öldürülüb
AFP

Bakı. 7 may. REPORT.AZ/ Parisin qərbində yerləşən Plezir şəhərində yerləşən “Burger King” restoranının dayanacağında baş verən atışma nəticəsində 1 nəfər güllələnərək öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazıb.

Nəşrin məlumatına görə, cani park edilmiş avtomobildə olan kişiyə bir neçə dəfə atəş açıb. O, daha sonra hadisə yerindən qaçıb.

Polis araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi