Paraqvayda prezidentə sui-qəsd təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib

Paraqvayda prezidentə sui-qəsd təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib Braziliyadan olan muzdlu qatillər ölkə ərazisindədir
Digər ölkələr
3 Sentyabr , 2016 03:50
Paraqvayda prezidentə sui-qəsd təhlükəsi ilə əlaqədar həyəcan siqnalı elan edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Paraqvayın təhlükəsizlik xidməti prezident Orasio Kartesə sui-qəsd təhlükəsi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Narkotiklərə qarşı Milli Departamentin rəhbəri Uqo Vera bildirib.

"Bizdə həyəcanın səviyyəsi - qırmızıdır. Braziliyadan olan muzdlu qatillər ölkə ərazisindədirlər. Onlar prezidenti Kartesə sui-qəsd etmək niyyətindədirlər" – deyə "780 AM" – radiosu ondan sitat gətirib.

Paraqvayın daxili işlər naziri Fransisko de Varqas da öz növbəsində qeyd edib ki, hazırlanan sui-qəsd braziliyalı narkobaron Jarvis Şimenesin daha ciddi rejimli həbsxanaya köçürülməsi ilə bağlı ola bilər. Nazirin sözlərinə görə, prezidentə hücumu həm də prezidentin qohumları və ya onun kabinetinin üzvləri də edə bilərlər.

Son xəbərlər

Orphus sistemi