Yuxarı

Paraqvayda həbsxanadan qaçmış onlarla məhbus hələ də azadlıqdadır - FOTO - VİDEO

​Paraqvayda həbsxanadan qaçmış onlarla məhbus hələ də azadlıqdadır

120

Yanvarın ortalarında Paraqvay həbsxanasından qaçmış 75 məhbusdan cəmi 13-ü həbs edilib.

“Report”un məlumatına görə, bu barədə ölkənin baş prokuroru Sandra Kinyonesə istinadən ABC telekanalı bildirib.

Hazırda 32 polis, həbsxananın və təhlükəsizlik xidmətinin işçiləri barəsində araşdırma aparılır. Onların məhbusların qaçışına cəlb olunduqları ehtimal edilir. Cinayət işi iyulda başa çatmalıdır.

Prokurorluq bir sıra məhbusların həbsxananın ön qapısı vasitəsilə çıxa bilmələri barədə daha əvvəl səsləndirilmiş fərziyələri təkzib edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, məhbuslar tuneli 7 günə qazıblar və onun köməyi ilə üç saat ərzində qaçıblar.

Qeyd edilir ki, Braziliyanın PCC kriminal qruplaşmasının üzvü olan yetmiş beş məhbus tunel qazaraq yanvarın 19-da həbsxanadan qaçıb. Qaçış rüşvət və korrupsiya nəticəsində mümkün olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi