Yuxarı

Paralimpiyaçı evtanaziya üsulu ilə həyatdan məhrum edilib

​Paralimpiyaçı evtanaziya üsulu ilə həyatdan məhrum edilib

Belçikanın Paralimpiya Oyunlarının çempionu Marika Vervut evtanaziya proseduruna məruz qalıb.

“Report” “BBC”yə istinadən xəbər verir ki, idmançı güclü ağrılardan əziyyət çəkirmiş. Uzun illər o, yalnız idman sayəsində həyatda sağ qaldığını bildirib. Vervut “London-2012” Paralimpiadasında əlil arabasında yarışda qalib gəlib..

2016-cı ildə üzərində evtanaziya aparılmasına icazə üçün sənədlər toplamağa başlayan idmançı güclü ağrılarının olduğunu sübut edib. O, nadir degenerativ əzələ xəstəliyindən əziyyət çəkirmiş.

22 oktyabr axşamı, çempion evtanaziya üsulu ilə həyatdan məhrum edilib.

Belçikada 2002-ci ildən evtanaziyaya icazə var. Vervutun 40 yaşı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi