Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB

Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB Zəlzələ episentri təxminən 50 min insanın yaşadığı Mendi şəhərindən 117 km qərbdə yerləşib
Digər ölkələr
7 Mart , 2018 09:49
Papua-Yeni Qvineyada zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Papua-Yeni Qvineyada baş verən güclü zəlzələ və bundan sonrakı afterşoklar nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.

Bu barədə "Report" "Accosiated Press" agentliyinə istinadən xəbər verir.

Qed edək ki, 7,5 bal gücündə zəlzələ fevralın 26-da baş verib. Onun ardınca bir neçə afterşok yaşanıb və nəticədə insan ölümləri davam edir.

Hökumət zəlzələ qurbanlarının sayının 100 nəfərdən çox ola biləcəyindən ehtiyat edir.


***07:27

Papua-Yeni Qvineyada çərşənbə günü 6,7 maqnituda gücündə zəlzələ baş verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.

Bildirilir ki, yeraltı təkanlar Yeni Qvineya adasının şərq hissəsində qeydə alınıb. Onun episentri 50 minə yaxın əhalisi olan Mendi şəhərinin 117 km qərbinə düşüb.

Son xəbərlər

Orphus sistemi