Bakı. 25 fevral. REPORT.AZ/ Papua-Yeni Qvineyada 7,6 bal gücündə zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 03:44-də, Porqer şəhərindən 92 kilometr qərbdə qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilib.