Papua-Yeni Qvineyada 5 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineyada 5 bal gücündə zəlzələ olub Yeraltı təkanlar paytaxtdan 320 kilometr şimalda yerləşib
Digər ölkələr
11 Sentyabr , 2016 03:55
Papua-Yeni Qvineyada 5 bal gücündə zəlzələ olub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Papua-Yeni Qvineyanın şərindəki adada 5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Honkonqun Meteoroloji Rəsədxanası məlumat yayıb.

Rəsədxananın məlumatına görə, yeraltı təkanlar paytaxtdan 320 kilometr şimalda yerləşib.

Zəlzələ ocağının dərinliyi barədə məlumat yoxdur.

Dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hər hansı xəbər verilmir. 

Son xəbərlər

Orphus sistemi