Yuxarı

Papua-Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib
Dağıntı və tələfat barəsində məlumat verilmir

Bakı. 2 noyabr. REPORT.AZ/ Papua-Yeni Qvineya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Finşxafen şəhərindən 100 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı isə 35 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barəsində məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi