Bakı. 28 mart. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Yəməndəki münaqişəni dinc yolla həll etməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BBC teleradiosu məlumat yayıb.
"Mən tam əminəm ki, Ərəb Dövlətləri Liqasının sammitində üzv ölkələrin liderləri Yəməndəki münaqişənin dinc yolla həli ilə bağlı dəqiq plan hazırlayacaqlar ", - o, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən zirvə toplantısındakı çıxışında vurğulayıb.
Xatırladaq ki, bu gün Şarm əş-Şeyxdə ƏDL-ə üzv dövlətlərin liderlərinin zirvə toplantısı öz işinə başlayıb.
Yəmən prezidenti Abdrabbu Mansur Hadi müttəfiqləri husi qiyamçıları tam təslim olanadək hərbi əməliyyatları davam etdirməyə çağırıb.