Pan Gi Mun İordaniyaya səfər edib

Pan Gi Mun İordaniyaya səfər edib Qaçqın böhranı ilə mübarizənin gücləndirilməsi yolları və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub
Digər ölkələr
28 Mart , 2016 11:54
Pan Gi Mun İordaniyaya səfər edib

Bakı. 28 mart. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun İordaniya səfəri çərçivəsində Əmmanda kral Abdullah, Fələstin prezidenti Mahmud Abbas və İordaniya xarici işlər naziri Naser Cudeh ilə danışıqlar aparıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İordaniya hökmdarının administrasiyasının yaydığı bəyanata görə, görüşlərdə qaçqın böhranı ilə mübarizənin gücləndirilməsi yolları və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Kral Abdullah qaçqınların sayının artması ilə bağlı problemləri həll etmək üçün beynəlxalq ictimaiyyəti yardım etməyə çağırıb.

Fələstin məsələsini müzakirə edərkən tərəflər iki dövlət prinsipi əsasında İsrail və Fələstin arasında danışıqların bərpa edilməsinin əhəmiyyəti barədə ortaq məxrəcə gəlib.

İngilis versiyası Ban Ki-moon visits Jordan

Son xəbərlər

Orphus sistemi