Pan Gi Mun: "BMT İŞİD-lə danışıqlar aparmayacaq"

Pan Gi Mun: "BMT İŞİD-lə danışıqlar aparmayacaq" Apreldə BMT Baş Assambleyası ekstremizm və terrorzimlə mübarizə yollarını müzakirə etmək üçün yüksək səviyyədə müşavirə keçirəcək
Digər ölkələr
19 Mart , 2015 09:51
Pan Gi Mun: BMT İŞİD-lə danışıqlar aparmayacaq

Bakı. 19 mart. REPORT.AZ/ BMT ağlasığmaz vəhşiliklər törədən İŞİD qruplaşması ilə danışıqlar aparmayacaq. "Report" xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun Romada mətbuat konfransında bildirib. 

P.Mun vurğulayıb ki, BMT və beynəlxalq ictimaiyyət üçün ehtiyacı olanlara humanitar yardımın göstərilməsinə davam etmələri vacibdir.   

Suallara cavab verən Pan Gi Mun UNİCEF-in, guya İŞİD yaraqlıları ilə danışıqlar aparmaq istədiyi haqqında məlumatları təkzib edib. "Biz bildiririk ki, onların törətdiyi vəhşilikləri qətiyyətlə qınayırıq. Onlar buna görə bəşəriyyət qarşısında cavab verməlidirlər", - baş katib qeyd edib. 

O əlavə edib ki, hazırda BMT fəal şəkildə ümumi fəaliyyət planı üzərində işləyir. Həmin plan BMT Baş Assambleyasına təqdim olunacaq. 

"Aprel ayında biz Baş Assambleyanın sədri ilə birgə ekstremizm və terrorizmlə mübarizə yollarını müzakirə etmək üçün yüksək səviyyədə müşavirə keçirəcəyik ", - Pan Gi Mun bildirib. 

O deyib ki, dövlət başçılarına, eləcə də bütün dünyada dini liderlərə dəvətlər göndərəcək. 

Son xəbərlər

Orphus sistemi