Yuxarı

Pakistanın keçmiş baş naziri xəstəxanaya yerləşdirilib

Pakistanın keçmiş baş naziri xəstəxanaya yerləşdirilib

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif qanında trombosit miqdarının artması səbəbindən ötən gün axşam təcili olaraq həbsxana xəstəxanasına yerləşdirilib.

“Report” RT-yə istinadən xəbər verir ki, xəstənin qanındakı proseslərin qəbul etdiyi dərmanlardan irəli gəldiyi müəyyənləşdirilib.

Ötən gün hökuməti N.Şərifi zəhərləməkdə ittiham edən kürəkəni də həbs edilmişdi.

Xatırladaq ki, Nəvaz Şərif korrupsiyada ittiham olunaraq ötən ilin iyul ayında 10 il həbs cəzasına məhkum edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi