​Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb

​Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb Bunadək ölənlərin 156, yaralıların isə ən azı 500 nəfər olduğu bildirilirdi
Digər ölkələr
26 Oktyabr , 2015 21:40
​Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ən azı 180 pakistanlı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Geo TV" telekanalına istinadən RİA "Novosti" məlumat yayıb.

Bunadək ölənlərin 156, yaralıların isə ən azı 500 nəfər olduğu bildirilirdi.

Hazırda zərərçəkənlər Xeybər- Paxtunxva vilayətində xəstəxanaya yerləşdirilib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 199 km. dərinlikdə olub. Zəlzələ qonşu Pakistan, Hindistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.

Son xəbərlər

Orphus sistemi