Yuxarı

Pakistanda zavodda baş vermiş partlayışda ölənlərin sayı 26-a çatıb

Pakistanda zavodda baş vermiş partlayışda ölənlərin sayı 26-a çatıb
Hadisə zamanı 8 partlayış baş verib

Bakı. 7 noyabr. REPORT.AZ/ Pakistanın Bəlucistan vilayətinin Qadani şəhərindəki zavodda çərşənbə axşamı baş vermiş güclü yanğında ölənlərin sayı 26-a çatıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, insident zamanı 50 nəfərdən çox adam xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti hələ də ağır olaraq qalır.

Partlayışın baş verdiyi köhnə gəminin hissələrə parçalanması işi üzərində hadisə vaxtı 100-dən adam çalışırmış. Qeyd edək ki, hadisənin baş verdiyi zavod dünyanın ikinci nəhəng müəssisəsidir. Burada köhnə gəmilər sıradan çıxarılır.

Polisin məlumatına görə, hadisə zamanı 8 partlayış baş verib. İlkin məlumatda hadisə zamanı 18 nəfərin öldüyü bildirilirdi.

Pakistanın baş naziri Nəvaz Şərif insidentin araşdırılması üçün xüsusi komissiyanın yaradılması haqda göstəriş verib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi