Yuxarı

Pakistanda yük qatarı relsdən çıxıb

Pakistanda yük qatarı relsdən çıxıb
Qatarların hərəkətində problem yaranıb

Bakı. 9 iyun. REPORT.AZ/ Pakistanın Sind əyalətinin Sukkur şəhəri yaxınlığında yük qatarının 20 vaqonu relsdən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qəza nəticəsində qatarların hərəkətində problem yaranıb, hadisə yerində xilasetmə xidmətləri işləyir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi