Pakistanda yol qəzasında 15 nəfər ölüb

Pakistanda yol qəzasında 15 nəfər ölüb Pakistanın Bəlucistan vilayətində sərnişin avtobusu ilə yanacaq daşıyan maşının toqquşması nəticəsində azı 15 nəfər ölüb.
Digər ölkələr
13 Dekabr , 2019 13:01
Pakistanda yol qəzasında 15 nəfər ölüb

Pakistanın Bəlucistan vilayətində sərnişin avtobusu ilə yanacaq daşıyan maşının toqquşması nəticəsində azı 15 nəfər ölüb.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, toqquşma nəticəsində hər iki avtomobil yoldan çıxaraq xəndəyə düşüb, yanğın baş verib.

Avtobusdakı sərnişinlərin hamısı dünyasını dəyişib.

Hələlik ölənlərin kimliyi müəyyənləşdirilməyib.

Bəlucistanın baş naziri Cam Kamal hadisə ilə əlaqədar hərtərəfli araşdırma aparılması üçün tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi