Yuxarı

Pakistanda avtobusla yanacaq daşyan maşın toqquşub: 24 nəfər ölüb, 16 nəfər yaralanıb

Pakistanda yol qəzası, 24 nəfər ölüb, 16 nəfər yaralanıb
© Anadolu

Bakı. 22 yanvar. REPORT.AZ/ Pakistanda avtobusla yanacaqdaşıyan avtomobilin toqquşaraq yanması nəticəsində 24 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistanın Bəlucistanın əyaləti Polis İdarəsinin nümayəndəsi Ağa Ramazan Əli bildirib.

Onun sözlərinə görə, yaralıların 5-nin vəziyyəti ağırdır. Bildirilib ki, qəza əyalətin Lasbela bölgəsndə baş verib.

İçərsində 40 sərnişin olan avtobus Karaçi-Pəncqur marşrtutu üzrə hərəkət edirmiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi