Bakı. 13 aprel. REPORT.AZ/ Pakistanın Pəncab əyalətində yaraqlılar azı altı polis əməkdaşını qətlə yetirib.
"Report" "Sinxua" xəbər agentliyinə istinadən xəbər verir ki, Racanpur rayonunda polislə atışma zamanı yaraqlılar daha 15 nəfəri girov götürüb.
Qeyd edək ki, aprelin 2-dən Pəncab əyalətində genişmiqyaslı antiterror əməliyyatı keçirilir. Əməliyyatda terrorla mübarizə şöbəsinin, reyncerlərin, hərbi və polis qüvvələrinin 1600 əməkdaşı iştirak edir.