​Pakistanda üç polis qətlə yetirilib

​Pakistanda üç polis qətlə yetirilib Onlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar
Digər ölkələr
27 May , 2015 12:06
​Pakistanda üç polis qətlə yetirilib

Bakı. 27 may. REPORT.AZ/ Pakistanın cənubunda yerləşən Karaçi şəhərində naməlum şəxslərin polis avtomobilini atəşə tutması nətcəsində 3 asayiş keşikçisi ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu şəhər polis idarəsinin təmsilçisi Feruz Şah bildirib.

Onun sözlərinə görə, motosikletdə olan 4 silahlı yaxın məsafədən polislərin olduğu avtomobilə atəş açıb: "Onlar atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıblar".

Hadisənin məsuliyyətini bölgədə fəaliyyət göstərən heç bir silahlı qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi