Yuxarı

Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - RƏSMİ

​Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb

447

Ötən gün Pakistanda baş verən təyyarə qəzasında göyərtədə olan 99 nəfərdən 97-si ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.

Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi