Pakistanda sərnişin furqonu yanıb, 6 nəfər ölüb, 25-i yaralanıb

Pakistanda sərnişin furqonu yanıb, 6 nəfər ölüb, 25-i yaralanıb Yaralılardan 5-nin vəziyyəti ağırdır
Digər ölkələr
2 İyul , 2017 22:42
Pakistanda sərnişin furqonu yanıb, 6 nəfər ölüb, 25-i yaralanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Bazar günü Pakistanın Pəncab əyalətində sərnişin daşıyan furqonun yanması nəticəsində azı 6 nəfər ölüb, daha 25 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətlərinə istinadən "Geo TV" telekanalı məlumat yayıb.

Onun məlumatına görə, insident Multan şəhərində baş verib. İlkin məlumatlara görə, furqon qaz balonunun partlaması nəticəsində yanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i kritik vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi