Yuxarı

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı

Pakistanda qəzaya uğrayan təyyarənin “qara qutu”ları tapıldı

329

Pakistanın Karaçi şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin hər iki “qara qutu”su tapılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumat “Dev Discourse” nəşri yayıb.

“Qara qutu” ötən gün axşam tapılıb, biz onu istintaq komitəsinə təhvil veririk”, - aviaşirkətin rəsmisi deyib.

O, həm göyərtənin səs yazısı cihazının, həm də pilot kabinəsindəki diktofonun aşkarlandığını vurğulayıb.

Qeyd edək ki, mayın 22-də Pakistanın Karaçi şəhəri yaxınlığında 97 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi