​Pakistanda qasırğa nəticəsində ən azı 9 nəfər həlak olub

​Pakistanda qasırğa nəticəsində ən azı 9 nəfər həlak olub Onların çoxu binaların uçması və ağacların qırılması nəticəsində ölüb
Digər ölkələr
2 İyun , 2016 08:54
​Pakistanda qasırğa nəticəsində ən azı 9 nəfər həlak olub

Bakı. 2 iyun. REPORT.AZ/ Pakistanın şimalında baş verən güclü qasırğa nəticəsində ən azı 9 nəfər ölüb, 100-ə yaxın insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı yerli KİV məlumat yayıb.

Saatda 100 km. sürətlə əsən şiddətli küləklə müşayiət olunan tufan çərşənbə günü Pakistanın paytaxtı İslamabad və qonşu Ravalpindi şəhərində qeydə alınıb.Təbii fəlakət qurbanlarının əksəriyyəti onların içərisində olduqları binaların uçması və ya qırılan ağacların altında qalmaları nəticəsində həyatlarını itirblər.

Bundan əlavə, pis hava şəraiti səbəbindən Benazir Buhutto adına hava limanında bütün reyslər təxirə salınıb, aeroporta gələn reyslər Lahor şəhərinə yönləndirilib.

Son xəbərlər

Orphus sistemi