Pakistanda polis məntəqəsinə hücum zamanı iki nəfər ölüb

Pakistanda polis məntəqəsinə hücum zamanı iki nəfər ölüb Loralay şəhərində polis məntəqəsinə hücum nəticəsində 19 nəfər yaralanıb
Digər ölkələr
29 Yanvar , 2019 17:08
Pakistanda polis məntəqəsinə hücum zamanı iki nəfər ölüb

Bakı. 29 yanvar. REPORT.AZ/ Pakistanın Bəlucistan vilayətinin Loralay şəhərində polis məntəqəsinə hücum nəticəsində azı 2 polis ölüb,19 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, dörd silahlı şəxs məntəqəyə daxil olaraq atəş açıb. Bu bölgədə həmçinin partlayış səsi eşidilib. Hücum edənlərdən ikisi cavab atəşi ilə məhv edilib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır vəziyyətdədir.

Atışma zonası mühasirəyə alınıb, olay yerinə əlavə polis bölmələri cəlb olunub.

Hücum edənlərin motivləri və onların terror qruplarından hansınasa üzv olub-olmaması hələlik müəyyənləşdirilməyib.

Son xəbərlər

Orphus sistemi