Pakistanda partlayış baş verib, ölən və yaralananlar var

Pakistanda partlayış baş verib, ölən və yaralananlar var Pakistanın Bəlucistan əyalətinin Pəncqur şəhərində bazarda baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Digər ölkələr
14 Mart , 2019 20:11
Pakistanda partlayış baş verib, ölən və yaralananlar var

Pakistanın Bəlucistan əyalətinin Pəncqur şəhərində bazarda baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “Dunya News”ə istinadən xəbər verir ki, Çatkan bazarında izdihamlı küçənin kənarına park edilmiş motosikletdə gizlədilən əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həmçinin yaxınlıqdakı 2 avtomobilə və 6 dükana da ziyan dəyib.

Hadisə yeri polis tərəfindən nəzarətə götürülüb, araşdırmalar aparılır. Hələlik partlayışın məsuliyyətini heç bir terrorçu təşkilat üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi