Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu "Pearl Continental Hotel"ə hücum edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib.
Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub.
KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur.