Bakı. 18 oktyabr. REPORT.AZ/ Pakistanın Kəraçi şəhərindəki şiə məscidlərindən birində partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "The Nation" nəşri xəbər yayıb.
Məlumatda bildirilir ki, naməlum şəxs dini ayinlərdən sonra məsciddən çıxanlara əl qumbarası atıb. Nəticədə 2 qadın və 1 uşaq dünyasını dəyişib.
Hadisə zamanı habelə 10-dan çox adam yaralanıb.