Yuxarı

Pakistanda məhkəmə binasında bir neçə partlayış olub, ölənlər var

Pakistanda məhkəmə binasında bir neçə partlayış olub, ölənlər var
Terrorçu-kamikadze polisin ona atəş açdığı zaman özünü partladıb

Bakı. 21 fevral. REPORT.AZ/ Pakistanın şimalında yerləşən Tanqa şəhərində yerləşən məhkəmə binasında bir neçə partlayış olub, atışma səsləri gəlir.

"Report" "TOLOnews"a istinadən xəbər verir ki, ilkin məlumata görə, insident nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Polis terrorçu-kamikadzenin hüquq-mühafizə orqanı əməkdaşlarının ona atəş açdığı zaman özünü partlatdığını bildirib.

KİV-in məlumatına görə, atışma davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi