Pakistanın Kvetta şəhərində bombanın partlaması nəticəsində azı iki nəfər ölüb, daha 16-sı yaralanıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Dawn" nəşri yazıb.
Polisin məlumatına görə, canilər motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.
Yaralılar xəstəxanalara yerləşdiriliblər. Araşdırma aparılır.