Yuxarı

Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb - YENİLƏNİB

Sərnişinlər arasında pakistanlı keçmiş pop müğənnisi Cüneyd Cəmşid və ailəsi də var

İlk xəbər saat 16:27-də verilib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Pakistan Beynəlxalq Hava Yolları" (PIA) şirkətinə məxsus, göyərtəsində 47 nəfər olan təyyarə qəzaya uğrayıb. 

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub.

Məlumata görə, göyərtəsində 5 ekipaj üzvü, 42 sərnişin olan təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və ölkənin şimalındakı Abbotabad yaxınlarında dağa çırpılıb. 

Xəbərdə bildirilib ki, sərnişinlər arasında pakistanlı keçmiş pop müğənnisi Cüneyd Cəmşid və ailəsi də var. 

Hökumət rəsmisi Taj Muhammad Xan "Reuters"ə açıqlamasında sərnişinlərin tanınmaz dərəcədə yandığını və qəzadan sağ çıxanın möcüzə olacağını vurğulayıb. 

Hadisənin başvermə səbəbi ilə bağlı rəsmi məlumat yayılmasa da, təyyarənin motorundakı nazaslıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi