Pakistanda daşqınlar nəticəsində 20-dən çox adam həlak olub

Pakistanda daşqınlar nəticəsində 20-dən çox adam həlak olub Yaxın bir sutka ərzində leysan yağışlarının davam edəcəyi gözlənilir
Digər ölkələr
28 İyul , 2016 12:19
Pakistanda daşqınlar nəticəsində 20-dən çox adam həlak olub

Bakı. 28 iyul. REPORT.AZ/ Pakistanın şimalındakı Xayber Paxtunxva və Pəncab əyalətlərində müşahidə olunan leysan yağışları və daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 60-dan çox adam zərər çəkib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Pakistanın meteorologiya departamentinin direktoru Məhəmməd Hanif bildirib ki, yaxın bir sutka ərzində də leysan yağışlarının davam edəcəyi gözlənilir. "Güclü yağışlar Pəncab, Xayber Paxtunxva, Gilgit-Baltistan əyalətlərində və Kəşmirdə daşqınlara və torpaq sürüşmələrinə səbəb ola bilər", - deyə o xəbərdarlıq edib.

Son xəbərlər

Orphus sistemi