​Pakistanda bir il ərzində zərərsizləşdirilən terrorçuların rəsmi sayı açıqlanıb

​Pakistanda bir il ərzində zərərsizləşdirilən terrorçuların rəsmi sayı açıqlanıb Əməliyyatlarda iştirak edən 347 hərbçi həlak olub
Digər ölkələr
14 İyun , 2015 12:08
​Pakistanda bir il ərzində zərərsizləşdirilən terrorçuların rəsmi sayı açıqlanıb

Bakı. 14 iyun. REPORT.AZ/ Pakistanın Əfqanıstanla sərhədində yerləşən Şimali Vəziristan əyalətində bir il ərzində "Taliban" silahlılarına qarşı keçirilən "Zərb-e-Əzb" adlı əməliyyat nəticəsində 2 763 terrorçu zərərsizləşdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda Pakistan ordusu məlumat yayıb.

Xəbərə görə, bir il ərzində silahlıların 837 sığınacağı bombardman nəticəsində dağıdılıb, terrorçulardan 253 ton partlayıcı maddə, 18 min 87 ədəd silah və texnika götürülüb.

Keçirilən əməliyyatlarda iştirak edən 347 hərbçi həlak olub. 

Son xəbərlər

Orphus sistemi