Yuxarı

Pakistanda baş vermiş partlayışda 6 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb

Pakistanda baş vermiş partlayışda 6 nəfər ölüb, 10-dan çox insan xəsarət alıb

Bakı. 2 yanvar. REPORT.AZ/ Pakistanda xəstəxanada qaz balonunun partlaması nəticəsində 2-i uşaq olmaqla 6 nəfər ölüb.

"Report" "Geo TV"ə istinadən xəbər verir ki, hadisə Attok şəhərində, Pəncab vilayətində qeydə alınıb.

Hadisə zamanı 10-dan çox insan xəsarət alıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, insanlar qaz partlayışı nəticəsində qismən dağılmış binanın dağıntıları altında qalaraq həlak olublar.

Xilasetmə xidmətinin məlumatına görə, dağıntılar arasında hələ də qalanlar var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi